waplog

“Lenovo” 3 yeni planşet təqdim edib


Çin şirkəti “Lenovo” “Android 3.1” əməliyyat sistemi ilə işləyən 2 planşet və “Windows 7” əməliyyat sistemi platformasında olan bir planşet təqdim edib. “Android” ilə işləyən “İdeaPad K1” və “ThinkPad” modelləri 2 nüvəli “Nvidia Tegra 2” çipindən istifadə edir və 1280x800 piksel kəskinlikli 10,1 düym ekranlarla təchiz edilib. “İdeaPad” planşeti 32 qiqabayt daxili yaddaş, “ThinkPad” isə 16-32 qiqabayt daxili yaddaş ilə təchiz olunacaq.
“Lenovo” şirkətinin “ThinkPad” modeli biznes-istifadəçilər üçün nəzərdə tutulub. Əlavə aksessuarlar siyahısında stilus və klaviatura var. Hər iki planşet 2 quraşdırılmış kameraya - arxa paneldə 5 meqapiksel və ön hissədə 2 meqapiksel, həmçinin “Wi-Fi” modulu və USB portuna malikdirlər.
“İdeaPad P1” modeli 1.5 QHz “İntel Atom” prosessoru ilə təchiz olunub və “Windows 7” əməliyyat sistemi ilə işləyir. Qurğuya əvvəlcədən “Microsoft Security Essentials” antivirus proqram paketinin quraşdırılacağı bildirilib. “Android” əməliyyat sistemləri ilə işləyən “Lenovo” planşetləri satışa avqust ayında daxil olacaq. “İdeaPad K1”-in qiyməti 499 dollar, “ThinkPad”-ın isə 479 dollar təşkil edəcək. “İdeaPad P1”-in qiyməti isə hələ məlum deyil.


lenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL