"Microsoft" korporasiyası mobil telefonlarda təhlükəsiz identifikasiya üçün həllər yaradan şirkəti satın alıb
"Microsoft" mobil telefonlarda iki amilli təhlükəsiz identifikasiya üçün həllər yaradan "PhoneFactor" şirkətini satın alır. Şirkət bu satınalma vasitəsilə biznes-istifadəçilər üçün öz mobil sistemlərini genişləndirmək niyyətindədir. Lakin sazişin şərtləri açıqlanmır.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru" saytına istinadən bildirir ki, "PhoneFactor" şirkətinin əsası 2001-ci ildə qoyulub və hazırda onun məhsulları "Microsoft"un proqram və xidmətləri ilə işləyir.
Qeyd edək ki, "PhoneFactor" şirkəti 2011-ci ildən etibarən "Microsoft"un tərəfdaşıdır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL