Naxçıvan telekommunikasiya şəbəkəsinin 59 faizi NGN texnologiyası əsasında qurulub
“Azərbaycanda ilk dəfə olaraq Yeni Nəsil Telekommunikasiya (NGN) sistemi Naxçıvanda tətbiq edilib. Hazırda Naxçıvan şəhəri, Babək qəsəbəsi, Nehrəm kəndi, Şərur və Sədərək rayonları bu sistemlə işləyir”. Bu fikirləri Naxçıvan şəhər Rabitə İdarəsinin baş mühəndisi Elbrus Qocayev Beynəlxalq Telekommunikasiya Birliyinin Bakıda keçirilən regional seminarındakı məruzəsində səsləndirib.
Onun sözlərinə görə, NGN sistemi ümumilikdə muxtar respublikanın telekommunikasiya şəbəkəsinin 59 faizini təşkil edir.
“Naxçıvanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində və Naxçıvan-İran-Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilməklə kəsintisiz dairəvi şəbəkə yaradılıb”,- deyə E.Qocayev qeyd edib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL