"Azərfon" "Catel" abonentlərinin öz şəbəkəsinə keçməsi üçün bütün şəraiti yaradıb
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC "Catel" operatorunun şəbəkəsindən CDMA abonentlərinin miqrasiyası üçün bütün lazımi şəraiti yaradıb. Bu barədə "Azərfon" şirkətinin baş direktoru Yurqen Pits deyib. Pitsin sözlərinə görə, prosesin indi başlamasını nəzərə alaraq, "Catel" şəbəkəsindən “Azərfon” şəbəkəsinə keçənlərin sayı o qədər də çox deyil. "Catel" şəbəkəsi əvvəlki rejimdə işləməyə başlayan kimi, geriyə keçid məsələsi, "Azərfon" rəhbərinin sözlərinə görə, bilavasitə abonentin özündən asılı olacaq.
Bir müddət əvvəl şirkətdən “Trend”ə deyildiyi kimi, “Catel” operatorunun “Fonex” mobil şəbəkəsinin nömrələri "040" zona kodu ilə başlayan abonentləri "Azərfon" MMC şəbəkəsinə keçirlər. "Azərfon" şəbəkəsinə miqrasiya edən abonent əvvəllər istifadə etdikləri nömrələrin ardıcıllığını saxlamaqla yalnız zona kodunu dəyişəcəklər. “Catel” şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin ("417", "418" və "415" indeksli telefon nömrələri, eləcə də "040" zona kodu ilə başlayan “Fonex” mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb. Şirkət bunu cihazlardakı nasazlıqlarla izah edib. Bu gün “Catel” operatoru şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentləridir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL