waplog

Pendirdən hazırlanan yanacaqla hərəkət edən avtomobil yaradılıb


Alimlərin yeni yanacaq növləri tapmaq cəhdi sərhəd tanımır. Bu yaxınlarda Amerikanın Yuta şəhərində yerləşən universitetin əməkdaşları “Yuta Aggie A-Salt Streamliner” adlı yeni avtomobili sınaqdan keçiriblər. Avtomobil pendir istehsalının tullantılarından hazırlanan maye bioloji yanacaqla doldurulur.

Sınaqlar olduqca uğurlu olub: avtomobil saatda 105 km sürətlə hərəkət edə bilib. Bu göstərici bu cür sinif maşınlar üçün yeni rekorddur.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Aggie A-Salt Streamliner” avtomobili gündəlik istifadə üçün nəzərdə tutulmayıb. O, yalnız bir insan üçün nəzərdə tutulub. Mütəxəssislərin hesablamasına görə, ekoloji cəhətdən təmiz pendir yanacağı benzinlə olmasa da, dizel yanacağı ilə rəqabət apara bilər.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL