waplog

Qapıları smartfon vasitəsilə açmaq mümkün olacaq


Amerikanın "Apigy" şirkəti 2013-cü ilin yazında satışa "Lockitron" adlı orijinal qurğu çıxaracağını bəyan edib. Qurğu, demək olar ki, istənilən qapının siyirməsinə bərkidilir və smartfona quraşdırılmış xüsusi tətbiq vasitəsilə idarə olunan xüsusi qapı qıfılı rolunu yerinə yetirir.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, qapıya yaxınlaşan istifadəçiyə onu açmaq üçün yalnız bir barmaq hərəkəti kifayət edəcək. "Lockitron" qurğusu, həmçinin "Sense" adlı funksiya ilə təchiz edilib və sahibin smartfonunun yaxınlaşmasını "hiss edərək" qapını avtomatik aça bilər. Lakin bu funksiyanın işlək olması üçün smartfon "Bluetooth 4.0" texnologiyasını dəstəkləməlidir.

"Lockitron" qurğusu, həmçinin köhnə telefon modelləri ilə işləyir və sahibdən xüsusi "SMS" mesaj aldıqda qapıları aça bilər. İstifadəçi smartfonu itirdikdə "Lockitron" qurğusunda şifrəni sıfırlaya və qurğunu müvəqqəti bloklaya bilər.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL