Gürcüstan mobil operatorları sərhəd bölgələrində bizim mobil operatorların işinə texniki maneələr yaratmır
“Gürcüstan mobil operatorları sərhəd bölgələrində bizim mobil operatorların işinə texniki maneələr yaratmır”. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə məlumatı Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev verib.
Onun sözlərinə görə, Azərbaycanın mobil operatorlarının nömrələri adıçəkilən ölkələrin sərhəd bölgələrində fəaliyyət göstərir. “Burada mobil operatorların bir-birinə mane olmasından söhbət gedə bilməz. Çünki biz vaxtaşırı sərhəd bölgələrində monitorinqlər aparırıq.
Monitorinqlərin nəticələrinə uyğun olaraq hər iki ölkənin mobil operatorlarının nümayəndələrinin iştirakı ilə GSM kanallarının bölgüsü ilə bağlı protokol tərtib edilir. Bu protokola uyğun olaraq hərə öz fəaliyyətini tənzimləyir” - İ.Əfəndiyev bildirib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov Gürcüstanın müvafiq qurumlarına və mobil operatorlara məsələ ilə əlaqədar müraciət ediləcəyini bildirib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL