“Motorola” "vebtop"dan imtina edib
“Motorola Mobility” 2011-ci ilin əvvəlindən inkişaf etdirdiyi “Webtop” layihəsindən imtina edib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Webtop” platforması sayəsində “Android” əsasında işləyən “Motorola” smartfonlarının sahibləri telefonun məzmunu ilə böyük ekranda, məsələn, kompüter monitorunda işləyə bilirdilər. Bunun üçün aparatı xüsusi dok stansiyaya yerləşdirmək lazım idi. Beləliklə, smartfon sistem bloku rolunda çıxış edirdi.
“Motorola” şirkəti dok stansiyaların bir neçə növünü istehsal etmişdi. Onlardan biri “Lapdock” adlanırdı və noutbuka oxşayırdı. Smartfon noutbukun “beyni” rolunda çıxış edirdi.
“Motorola” şirkətinin bəyanatında qeyd edilir ki, “Webtop” layihəsi nəzərdə tutulmuş sayda tərəfdar toplaya bilmədi. Buna görə ondan imtina etməli olduq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL