waplog

Rabitə sisteminin müasir standartlar səviyyəsinə çatdırılması üçün 61,4 mln. manat investisiya qoyulub


Cari ilin 6 ayı ərzində ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olmuş və bu məqsədlə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 61,4 mln. manat investisiya qoyuluşu həyata keçirilib. Ümumilikdə 2011-ci il ərzində RİTN-ə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu hesabına 32,0 milyon manat vəsait nəzərdə tutulmuş və bir hissəsi artıq maliyyələşdirilib.
2011-ci ilin 6 ayı ərzində ümumilikdə İKT, informasiya və poçt sektoruna 95,8 milyon manat investisiya qoyulmuşdur ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur. Sektora qoyulan investisiya ölkə iqtisadiyyatına qoyulan investisiyanın 2,1%-ni təşkil edir. Hesabat dövründə həyata keçirilmiş investisiya layihələri çərçivəsində respublikanın ümumi telefon şəbəkəsi üzrə ATS-lərin nömrə tutumu 11 936 nömrə artırılaraq, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 679 236 nömrəyə çatdırılıb.
Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə 1,8 milyon manat investisiya yönəldilmiş və bunun da nəticəsində ümumi tutumları 1040 nömrə olan EATS-lər, habelə 18 rayonda və Sumqayıt şəhərində ümumilikdə 3145 abunəçi xətti çəkilib. 51 km uzunluğunda Lənkəran-Lerik fiber-optik kabel magistralının tikintisi başa çatdırlıb, Lerik mərkəzi ATS-nin TAE magistralına birbaşa bağlantısı təmin edilib. 14 rayonun 21 kənd ATS-nə fiber-optik birləşdirici xətlər çəkilib, Masallı-Yardımlı fiber-optik kabel magistralının tikintisinə başlanılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL