Daxili proyektora malik planşet təqdim edilib
Çinin “Smart Devices” şirkəti “SmartQ-U7” planşetini təqdim edib. Qurğunun əsas xüsusiyyəti daxili piko-proyektordur.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, proyektorun parlaqlığı “ANSI” şkalası üzrə 40 lümen təşkil edir. Proyektor planşetin yaddaşındakı foto, film və digər məzmunu divarda əks etdirməyə imkan verir.
Proyeksiyanın ölçüsü 50 düymə, təsvir ölçüsü 854x480 nöqtəyə bərabərdir. Planşeti təsvirin proyeksiya edildiyi səthdən təxminən 1,8 metr məsafə uzaqlıqda yerləşdirmək lazımdır.
“SmartQ-U7” planşeti “Android 4.1” platforması ilə işləyir. Aparat 7 düymlü ekran, ikinüvəli prosessor və 1 qiqabaytlıq əməli yaddaşa malikdir. Qurğuda “HDMI” konnektoru, yaddaş kartları üçün slot və qulaqcıqlar üçün konnektor ilə təchiz edilib.
Aparat hələlik satışa çıxarılmayıb, lakin onun qiyməti artıq məlumdur. “SmartQ-U7” planşetinin 8 QB daxili yaddaşa malik versiyasının qiyməti 315 ABŞ dolları, 16 QB daxili yaddaşa malik versiyasının qiyməti isə 400 ABŞ dolları təşkil edir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL