Bakıda telefon abunəçiləri telefon xətti vasitəsi ilə televiziyaya baxırlar
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən Bakıda İPTV xidmətləri genişləndirilib. "ICTnews" elektron xəbər xidmətinə müsahibəsində bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirov məlumat verib.
Onun sözlərinə görə, burada söhbət yeni İP TV xidmətlərindən gedir. Birliyin nəzərdə tutduğu yeni xidmətlər artıq tam şəkildə istifadəyə verilib. Bununla bağlı birliyin 1 aylıq pulsuz sınaq yayımından 1000 nəfər telefon abunəçisi istifadə edib. Kampaniya bitməsinin ardınca bu abunəçilərin böyük əksəriyyəti 4 manat aylıq abunə haqqı ödəməklə bu xidmətdən yararlanmağa başlayıblar.
E.Qədirovun sözlərinə görə, yeni xidmət əvvəlki İPTV platformasından fərqli olaraq MPEQ 4 sistemi üzərindən istifadəçilərə çatdırılır ki, bu da digər kabel TV-lərdən daha yüksək keyfiyyətli görüntü deməkdir. İlkin mərhələdə 100 TV kanalın yayımlanması, sonradan bu kanalların sayının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, burada sorğu əsasında video, virtual kinozal, real zamanda televiziya proqramını geriyə çəkməklə yenidən baxmaq, sorğu əsasında televiziya kimi servislərlə yanaşı, İPTV üzərindən axtarış, yeniliklər, çat, hava haqqında məlumat, fotolar, xəritə, mobil telefondan idarəetmə, ani mesajlaşma kimi xidmətlərin də tətbiqi mümkündür.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL