waplog

Bu gün poçt işçilərinin peşə bayramı günüdür


Bu gün poçt işçilərinin peşə bayramı günüdür. Bu məqsədlə "Azərpoçt" MMC tərəfindən geniş tədbirlər həyata keçirilir. 9 oktyabr - Ümumdünya Poçt İttifaqının yaranmasının 138-ci ildönümü münasibəti ilə 3 saylı Poçt Filialının Xətai rayonunda və Samux Poçt Filialının Burunqovaq poçt şöbələrinin yeni binaları istifadəyə veriləcək.

Bu dəqiqələrdə "Azərpoçt" MMC-nin mərkəzi aparatında, yerli filiallarında toplantı, inzibati binalarda, poçt şöbələrində və ətraf ərazilərdə səliqə-sahman, abadlıq yaradılması məqsədi ilə iməclik keçirilir.

Xatırladaq ki, beynəlxalq poçt mübadiləsinin mütəşəkkil qaydada həyata keçirilməsi hazırda planetimizin bütün poçt işçiləri tərəfindən peşə bayramı günü kimi qeyd edilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranması ilə başlayıb. ÜPİ-nin yaradılması barədə müqavilə 1874-cü ildə İsveçrənin Bern şəhərində keçirilmiş Beynəlxalq Poçt konqresində imzalanıb.  İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 200-ə yaxın ölkə təmsil olunur. Azərbaycan poçtu 1993-cü ildən ÜPİ-nin üzvüdür.

 
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL