waplog

“Apple” şirkəti “iPad mini” planşet kompüterini oktyabrda təqdim edəcək


"Apple” şirkəti artıq oktyabrda son dərəcə yüksək tələbata malik "iPad” planşet kompüterinin yeni versiyasını təqdim edə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Apple" şirkətinin Asiyadakı tədarükçüləri cari ilin dördüncü rübündə 7.85 düym diaqonallı ekrana malik 10 milyondan çox planşet istehsalına sifariş alıblar. Qeyd edək ki, "iPad" planşet kompüterlərində ekranın ölçüsü 2010-cu ildən bəri dəyişməyib. Onun ölçüsü hazırda da əvvəlki kimi 9,7 düym təşkil edir. Lakin "iPad mini" planşetində ekranın təsvir ölçüsünün kiçik olacağı gözlənilir.

Şirkət ənənəsinə sadiq qalaraq istehsal ediləcək yenilik haqqında şayiələrə şərh vermir. "Fortune” jurnalının məlumatına görə, şirkət artıq bu çərşənbə kütləvi informasiya vasitələrinə (KİV) oktyabrın 17-də keçiriləcək mətbuat konfransına dəvətlər göndərəcək.

"Apple" şirkəti planşet kompüterləri bazarında əvvəlki kimi lider “oyunçu”dur. Lakin məşhur “Android” platforması əsasında kiçik ölçülü qurğuların satış həcminin artması ilə əlaqədar onun payı son zamanlar azalmağa başlayıb. Analitiklərin məlumatına görə, 2012-ci ilin ikinci rübündə "Apple" şirkətinin planşet bazarında payı 69,9 faizə bərabər olub. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə onun payı 84 faiz təşkil etmişdi.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL