waplog

Regionlarda da kommunal haqlar internetlə ödəniləcək


Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İB və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin abunəçiləri abunə və şəhərlərarası telefon danışıq haqlarını internet üzərində ödəyir. Lakin indiyə qədər bu ödəniş sistemindən Bakı, Sumqayıt və Abşeron abunəçiləri istifadə edirdi.
”Aztelekom”İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev texniki cəhətdən layihənin bütün regionlarda tətbiqinin mümkün olduğunu bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə sistemin tətbiqi genişləndiriləcək. Qeyd edək ki, yaxın vaxtlarda Qubada telefon haqlarının İnternet vasitəsi ilə ödənişi sistemi sınaqdan keçiriləcək. Daha sonra isə, kommunal haqlara görə ödəniş də İnternet vasitəsi ilə həyata keçiriləcək.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL