“Nar Mobile”-ın yeni əsas inzibati ofisinin açılışı olub
"Azerfon" MMC-nin Heydər Əliyev prospekti 106A ünvanında yerləşən yeni inzibati ofisinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Prezident Administrasiyasının İçtimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənov, Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, digər yüksəkrütbəli dövlət məmurları, müxtəlif yerli və xarici təşkilatların rəhbərləri və media nümayəndələri iştirak edib.
"Azerfon" MMC-nin baş direktoru cənab Yurgen Pits öz çıxışında tədbirdə iştirak edən qonaqları salamlayıb, şirkətin tarixi və fəaliyyəti, dəyərləri barədə məlumat verib. "Nar Mobile" qısa müddət ərzində mobil rabitə bazarının aparıcı şirkətinə çevrilərək öz tərəfdaşlarının və abunəçilərinin hörmət və rəğbətini qazanmağa müvəffəq oldu.
Biz hər zaman yenilikçi olmağa can atırıq və əməkdaşlarımızın rahatlığı üçün bütün şəraiti yaradırıq. Binanın ərazisi 8.000 m2-dir və hazırda burada 600-dən çox işçi çalışır. "Nar Mobile"-ın inkişafının yeni mərhələsinə qədəm qoyduq" – deyə cənab Pits bildirib.
Öz növbəsində tədbirdə çıxış edən Əli Həsənov və İltimas Məmmədov, telekommunikasiya bazarının mövcud vəziyyəti və dövlətin bu sahənin inkişafı istiqamətində atdığı addımlardan danışaraq, "Nar Mobile"-ın uğurlarını və fəaliyyətini yüksək qiymətləndiriblər.
Rəsmi hissədən sonra media nümayəndələri üçün xüsusilə təşkil olunmuş şirkətin ofisi və heyəti ilə tanıtım ekskursiyası zamanı jurnalistlər şirkətin şöbələrinin işi ilə yaxından tanış olublar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL