waplog

“Android” istifadəçiləri “iPhone” sahiblərindən yaşlıdırlar


Məhkəməni uduzmuş "Samsung" şirkəti "Apple"-ın məhsullarını ələ salmaq üçün kampaniyaya başladı. Koreyalılar "alma" əleyhinə çəkdikləri son çarxda istehlakçını "iPhone"-nun qocalar üçün nəzərdə tutulmasına inandırmağa çalışıblar. Lakin statistika əksini söyləyir.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "ComScore" tədqiqat şirkətinin 2012-ci ilin avqustuna olan məlumatına əsasən, "iPhone" smartfonundan istifadə edənlərin 47,2 faizi 35 yaşdan yuxarı şəxslərdir. "Android" platforması ilə işləyən qurğularda bu göstərici 52,4 faiz təşkil edir.

Beləliklə, yaşlı insanların daha çox "Android" platforması ilə işləyən smartfonlardan istifadə etdiyi məlum olur. Deməli, "alma" məhsulunun imicini korlamaq istəyən "Samsung"-un cəhdləri həqiqətə uyğun deyil.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL