“Apple” ticarət markası məktəblilər arasında da çox populyardır
“Piper Jaffray” analitik şirkəti “Apple” məhsulu haqqında amerikalı yeniyetmələr arasında keçirdiyi sorğunun məlumatlarını dərc edib. Ekspertlər “Apple” ticarət markasının məktəblilər arasında populyarlığının getdikcə artdığını qeyd ediblər və hesab edirlər ki, “iPad mini” istifadəyə verildikdən sonra “Apple”-ın planşetləri yeniyetmələr arasında daha da populyarlaşacaq.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, sorğu gedişində respondentlərin 40 faizinin “iPhone” smartfonundan istifadə etdiyi məlum olub. Bu göstərici ötən illə müqayisədə təxminən 2 dəfə daha çoxdur.
Yeniyetmələrin 62 faizi yaxın 6 ay ərzində “Apple” smartfonu satın almaq niyyətindədir. Sorğuda iştirak edən məktəblilərin 50 faizi planşet kompüterinə malikdir. 43 faizinin hələ ki planşeti yoxdur, lakin “iPad mini” istehsal edildikdən sonra onu satın almaq niyyətindədirlər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL