“Facebook” vergidən yayınmaqda şübhəli bilinir
Böyük Britaniya hakimiyyəti "Facebook" sosial şəbəkəsinin vergidən yayınmasından şübhələnib.
"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, hakimiyyətin məlumatına görə, ötən il ərzində şirkətin faktiki gəliri 175 milyon funt-sterlinq təşkil etdi, halbuki sosial şəbəkə yalnız 20,4 milyon funt haqqında hesabat vermişdi.
"Guardian" nəşrinin məlumatına görə, ötən il milyonlarla dollar gəlir əldə edən "Facebook" dövlət xəzinəsinə yalnız 196 min funt-sterlinq dəyərində vergi ödəyib.
Hakimiyyət bildirir ki, "Facebook" elan verənlərlə sazişlərin bağlanması üçün Dublində (İrlandiya) yerləşən ofisdən istifadə edir. İrlandiyada yerləşən ofis vasitəsilə sazişlərin bağlanması vergiləri azaltmağa imkan verir. Britaniyada məmurlar sosial şəbəkənin belə davranışını "ikiüzlü və əxlaqsız" adlandırırlar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL