waplog

Türkiyə ekspress filialların sayını artıracaq


Türkiyənin “ASE” şirkətinin Azərbaycan nümayəndəliyi regionlarda daha bir filial açacaq. Bu barədə “ICTnews”-a məlumat verən nümayəndəliyin rəhbəri Rəşad Abbasov biznes sirri olduğu üçün bölgənin adını açıqlamayıb. Naxçıvanın ardınca Gəncədə filial açan şirkət beynəlxalq yükdaşımalara tələbatın böyük olduğunu bildirdi.

Onun sözlərinə görə, Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramının həyata keçirilməsi ilə bölgələrdə başlanan inkişaf bütün sahələrin, o cümlədən özəl poçt sektorunun inkişafına şərait yaradıb. Hal-hazırda şirkətin dünyanın 200-dən çox, o cümlədən qeyd etdiyimiz kimi, Azərbaycanda nümayəndəliyi var.

Qeyd edək ki, beynəlxalq kuryer xidməti, kiçik və böyük qabaritli yüklərin (qapıdan qapıya) hava nəqliyyatı ilə daşınması, yüklərin “qarışıq yük” rejimində tirlərlə  daşınması, gömrük xidməti, kollekt yükün anbarlanması və sığortası xidmətlərini təmin edən şirkət Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.


RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL