“Apple” və “Google” həlledici “döyüş” ərəfəsindədirlər
“Google”-un Direktorlar şurasının sədri Erik Şmidt “All Things Digital” nəşrinə verdiyi müsahibədə “Apple” korporasiyası ilə münasibətlər haqqında danışıb. Onun sözlərinə görə, hər iki şirkət həlledici “döyüş” ərəfəsindədir və bu, İT sahəsinin gələcəyini müəyyən edəcək. O qeyd edib ki, “iOS” platforması ilə işləyən hər qurğuya 4 ədəd “Android” aparat düşür və platformalar arasında rəqabət güclənir.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Erik Şmidt “Apple” şirkətinin “Android” açıq platformasının imkanlarını azaltmaq məqsədilə “patent cəbhəsi”ndən hücum edəcəyindən narahatdır.
Erik Şmidt bildirib ki, “Apple” şirkəti “iOS” platformasında “Google”-un kartoqrafiya xidmətindən nahaq imtina edib. "Belə xidmət hazırlamaq çox çətindir. Biz məlumatın peyk və təyyarələrdən toplanılmasına 100 milyonlarla dollar xərcləmişik" – o qeyd edib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL