BTİ: Azərbaycan əhalinin mobil rabitə xidmətləri və internetdən istifadə üzrə ən dinamik artıma malik ölkədir
Dünyada mobil rabitənin əhatə dairəsi xeyli genişlənib və internet istifadəçilərinin sayında kəskin artım qeydə alınıb. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "İnformasiya Cəmiyyətinin Ölçülməsi" adlı hesabatında qeyd olunur ki, hazırda dünyada təxminən 6 milyard mobil rabitə abunəçisi var.
"Tək Çində 1 milyard abunəçi qeydə alınıb. 2012-ci ilin sonunadək Hindistanda da bu göstəricinin 1 milyarda çatacağı gözlənilir.
Mobil rabitənin dünya üzrə əhatə dairəsi son 1 il ərzində 11 faiz artıb. Ümumilikdə, mobil rabitə xidmətləri təminatçılarının sayının artması bəzi hallarda bu sektorda sərt rəqabətlə nəticələnib. Bu son nəticədə istehlak qiymətlərinin mühüm dərəcədə azalmasına imkan yaradıb və mobil rabitə xidmətlərinin geniş yayılmasında əsas təkanverici amil olub.
Dünyada internetdən istifadə edən insanların ümumi sayı da son il ərzində 11 faiz artıb. 2011-ci ilin sonunadək 2,3 milyard insan və ya planet əhalisinin üçdə biri internetdən istifadə edib. Bundan başqa, inkişaf etməkdə olan ölkələrdə internet istifadəçilərinin sayı 1 il ərzində 16 faiz, inkişaf etmiş ölkələrdə isə bu göstərici 5 faiz təşkil edib.
Hesabat müəllifləri Qazaxıstan, Azərbaycan, Belarus, Estoniya və Gürcüstan dövlətlərini 2010-2011-ci illərdə əhalinin mobil rabitə xidmətləri və internetdən istifadəsi göstəricisi üzrə ən dinamik artıma malik ölkələr onluğuna daxil edib.
Qlobal tendensiyaların təhlili, 4 il ərzində qiymətlərin müqayisəsi əsasında qeyd etmək olar ki, mobil rabitə xidmətləri və internetdən istifadə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə daha əlçatan olub.
BTİ cari hesabatda Afrikada mobil rabitənin yayılmasına və internetdən istifadəyə xüsusi diqqət ayırıb. Bu qitədə mobil telefon abunəçilərinin sayı 87 milyondan 434 milyonadək artıb və son iki il ərzində aktiv mobil internet istifadəçilərinin sayı 14-dən 27 milyonadək artıb. Afrikada internetdən istifadə edənlərin sayı 17-dən 101 milyonadək artıb. Afrikada ən azı 4.1 faiz ailə evində internetə çıxış imkanına malikdir.
Afrika bu göstəriciyə görə hələlik digər regionlardan geri qalır. Belə ki, Avropada təxminən 70 ailə, Amerikada 50 faizdən çox, MDB ölkələrində 37.3 faiz, ərəb ölkələrində 25 faiz, Asiya və Sakit okean regionunda 24,5 faiz ailə evində çıxış imkanına malikdir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL