Paulo Pinto: «Azərbaycanla Braziliya arasında nanotexnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var»
Braziliyanın Azərbaycandakı sabiq səfiri, hazırda isə Braziliyanın Rio Grande Sul ştatında Braziliya Xarici İşlər Nazirliyinin nümayəndəliyinin rəhbəri olan Paulo Pinto ölkəsinin “TVE” telekanalının “Frente em frente” (Üz-üzə) verilişində Azərbaycanla Braziliya arasında mövcud olan əlaqələr barədə danışıb.
Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, sabiq səfir iki ölkə arasında neft, kimya, nanotexnologiyalar, tikinti, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib.
Azərbaycanın tarixinə və mədəniyyətinə toxunan Paulo Pinto, ölkəmizin tarixi “İpək Yolu”nun mərkəzində yerləşdiyini, regional ticarət mərkəzi olması ilə yanaşı, respublikamızın müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu diqqətə çatdırıb. Çoxmədəniyyətliliyin Azərbaycanla Braziliya arasında oxşar cəhət olduğunu qeyd edən braziliyalı diplomat ölkəmizin dini tolerantlığa və mədəni zənginliyə malik olduğunu vurğulayıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL