İnformasiya texnologiyaları üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsinə ehtiyac var
Azərbaycanda daha çox informasiya texnologiyaları sahəsi üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsinə ehtiyac var. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, digər sahələr üzrə terminlər artıq dilimizdə öz yerini tutub. Amma informasiya texnologiyaları sahəsi yeni inkişaf etdiyi üçün bu sahə üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsi zərurəti yaranıb.
Sadıqova bildirib ki, belə terminlər həmin sahələrin mütəxəssisləri tərəfindən müəyyənləşdirilməlidir. Daha sonra isə onlar müzakirə üçün Terminologiya Komissiyasına təqdim edilməlidir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL