waplog

Peyk İdarəetmə mərkəzlərinin inşası tamamlanmaq üzrədir


Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin inşası və zəruri infrastrukturla təmin edilməsi ilə bağlı işlər də tamamlanmaq üzrədir. Mərkəzdə antenalar və digər peyk avadanlıqlarının qurulması, demək olar ki, sona çatmaq üzrədir.

Hazırda mərkəzdə İT infrastrukturun qurulması istiqamətində işlərə başlanılmışdır. Eyni zamanda, obyektdə interyer və ərazinin abadlaşdırılması işləri də yerinə yetirilməkdədir. Mərkəzin dekabr ayında istismara tam hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.

Bu Mərkəz ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Peyk İdarəetmə Mərkəzinin də tikintisi və quraşdırma işləri yekunlaşmaq üzrədir. Mərkəzin oktyabr ayında tam hazır şəkildə istifadəyə verilməsi planlaşdırılır.




RƏVAN
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL