waplog

Elektron Rəqəmsal Tablolar Sistemi genişlənəcək


Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində Elektron Rəqəmsal Tablolar Sistemi bir qədər də genişləndiriləcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, Elektron Rəqəmsal Tablolar Sistemi nəqliyyat istifadəçilərini şəhərin əsas küçə və prospektlərində, girişlərində (hədəf olaraq seçilmiş yollarda) baş vermiş yol-nəqliyyat qəzaları, aparılan tikinti-təmir işləri, mövcud tıxaclar, alternativ yollar, mövcud hava durumu və proqnozu, görünüş məsafəsi barədə operativ informasiya ilə təmin edir.

Artıq paytaxtda 50-dən çox elektron rəqəmsal tablo quraşdırılıb. Bu tabloların əsas özəlliyi isə şəhərin hansı küçələrində tıxacın olması, hansı istiqamətdə yolun bağlanması və digər məsələlər haqqında sürücülərə operativ məlumat çatdırmasıdır. Qrafik tipli tablolarda qırmızı rəng verilmiş istiqamətdə tıxacın olduğunu, yaşıl rəng yolun boş olduğunu, sarı rəng isə verilmiş hissənin müvəqqəti olaraq istifadədə olmadığını bildirir.



RƏVAN



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL