9 ayda elektron ticarət vasitəsilə alıcılara 58.7 min manatlıq ərzaq məhsulları satılıb
2012-ci ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1.1 faiz, yaxud müqayisəli qiymətlərlə 435.1 milyon manat artaraq 39.8 milyard manata çatıb. Rabitənin ÜDM-də xüsusi çəkisi 1.7 faiz təşkil edib. Bu barədə «İCTnews” elektron xəbər xidmətinə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki,
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1019.3 milyon manat dəyərində və ya əvvəlki ildə olduğundan 16.7 faiz çox rabitə xidməti göstəriblər. Xidmətlərin 72.3 faizi əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 74.8 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Qeyd olunan dövrdə informasiya və rabitə sahəsində orta aylıq əmək haqqı 618.7 manat təşkil edib.
Bundan başqa, 2012-ci ilin yanvar-sentyabr aylarında elektron ticarət vasitəsilə alıcılara 971.9 min manatlıq qeyri-ərzaq malları və 58.7 min manatlıq ərzaq məhsulları satılıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL