waplog

Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının informasiya bülleteninin elektron versiyada yayılması müzakirə edilib


Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının (BGMA) informasiya bülleteni çap formatında, yoxsa elektron versiyada yayılsın? Belə ki, BGMA üzvlərinə öz mövzularını konfransa gec təqdim etdikləri üçün həmin mövzuların informasiya bülleteninə operativ daxil edilməsinin mümkün olmadığı irad tutulub və bu məsələ Rotterdam (Hollandiya) və Antverpen (Belçika) şəhərlərində keçirilən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 20-ci konfransında müzakirə edilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, tədbirdə DGK-nın “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Konfransa Norveç, Almaniya, Slovakiya, Fransa, ABŞ, Avstriya, Litva, Danimarka, İrlandiya və digər ölkələrdən də nümayəndələr qatılıb.

Komitədən qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri sözügedən məsələ ilə bağlı çıxışında hər bir üzvün gələn il Azərbaycanda keçiriləcək BGMA-nın 21-ci konfransına hazır mövzunu da gətirməsi təklifini verib.

Daha sonra tədbirdə Hollandiyanın Eyndhoven Texnologiya Universitetinin professoru Dr. Ruth Oldenziel “Biz insan ayaqlarına vergi qoymalıyıqmı?” adlı maraqlı məruzə ilə çıxış edib. Bu, milli velosipedsürmə klubları ilə birgə 1897-ci ildən başlayaraq velosipedsürməyə tətbiq edilən vergi tarixinin qısa tədqiqatı olub, həmçinin professor keçmişdə Avropa ölkələrində velosipedsürməyə tətbiq edilən verginin qısa müqayisəsini aparıb.

Tədbirdə həmçinin Azərbaycan nümayəndə heyətinin təqdimatında - 2013-cü ildə Bakıda keçiriləcək BGMA-nın 21-ci konfransına dəvət edən filmə baxılıb. Filmin nümayişindən sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri Qambay Əliyev hər bir gömrük muzeyinin digər ölkələrin gömrük xidmətlərinin atributlarına, eləcə də digər ölkələrin gömrük muzeylərinin eksponatlarına dair çap materiallarına, kataloqlara, albomlara malik olması təklifini irəli sürüb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri onu da vurğulayıb ki, Azərbaycanın Gömrük Tarixi Muzeyinin 2011-2012-ci illəri əhatə edən fəaliyyəti ilə bağlı film BGMA rəhbərliyinin tövsiyəsi ilə bu qurumun internet səhifəsində yerləşdirilib. 

Daha sonra konfrans iştirakçılarına BGMA-nın 21-ci konfransında müzakirə ediləcək iki mövzu təqdim edilib: “Gömrük muzeylərinin yaradıcı təşkilatlar və dövlət strukturları ilə əlaqəsi” və “Gömrük muzeyləri ümumi məqsəd uğrunda”. Qeyd edilib ki, bu mövzular və onların açıqlanması artıq BGMA üzvlərinə “e-poçt” vasitəsilə göndərilib. Həmçinin 2013-cü ildə Bakıda BGMA-nın 21-ci konfransında müzakirə ediləcək mövzularla bağlı üzv ölkələrin öz təkliflərini internet vasitəsilə göndərmələri təklif edilib.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL