Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna hazırlıq işləri üzrə brifinq keçirilib
Bakıda keçiriləcək İnternet İdarəçilik Forumu ilə bağlı (İİF) həyata keçirilən hazırlıq işləri üzrə media-brifinq keçirilib. Birləşmiş Millətlər Təşkilatının Moskvadakı ofisi tərəfindən təşkil olunmuş media-brifinqdə 30-a yaxın jurnalist və internet üzrə mütəxəssis iştirak edib.
Onların arasında İİF-in Katibliyinin layihə meneceri Nəriman Hacıyev, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı ofisinin inkişaf üzrə məsləhətçisi Elnur Xəlilov, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər üzrə Şöbəsinin rəhbərlik və hökumət idarəçiliyi üzrə baş meneceri Vyaceslav Çerkasov və Birləşmiş Millətlər Təşkilatının Moskvadakı ofisinin informasiya meneceri Yuri Şişaev var idi.
Brifinqdə 30-a yaxın müxtəlif elektron və kağız kütləvi məlumat vasitələrini təmsil edən jurnalistlər və elektron rabitə vasitələri üzrə mütəxəssislər iştirak edib. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər üzrə Şöbəsinin rəhbərlik və hökumət idarəçiliyi üzrə baş meneceri Vyaçeslav Çerkasov brifinqdə çıxış edərək iştirakçılara İİF-in yaranması və məqsədləri haqqında ətraflı məlumat verib.
O, Rusiyada yaranmış vəziyyətlə əlaqədar iştirakçıların diqqətini internet idarəçiliyinin bir necə vacib aspektinə cəlb edib. Sonra söz Rusiyanın Milli internet domeni üzrə əlaqələndirici mərkəzinin direktoru Andrey Kolesnikova verilib. Əvvəlki İnternet İdarəçilik forumlarından geniş təcrübə qazanmış və rabitə üzrə tanınmış mütəxəssis Andrey Kolesnikov iştirakçılara gələcək forumun gündəliyini təqdim edib. Daha sonra Rusiya Dumasının üzvü Robert Şlegel çıxış edərək gələcək forumda internet idarəçiliyi istiqamətində qanunvericiliklə bağlı danışıb.
O, həmçinin Rusiyada təzəlikcə qəbul olunan "Uşaqların internetdəki zərərli məzmunlardan qorunması" haqqında qanun barədə qısa məlumat verib. İnternet texnologiyaları üzrə Rusiyanın Milli Mərkəzinin baş analitiki Urvan Parfentiyev iştirakçıların diqqətini internet məzmununun təhlükəsizliyinə aid bir necə spesifik məsələyə cəlb edib.
Nəriman Hacıyev isə brifinq iştirakçılarına Bakıda keçiriləcək forum ilə əlaqədar hazırlıq işləri haqqında ətraflı məlumat verib. N. Hacıyevin forumun maddi və texniki təminatı ilə bağlı mülahizələri brifinq iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Jurnalistlərin sualları onların internet idarəçiliyi ilə bağlı məsələlərə böyük marağını və forumun gündəliyində olan suallardan xəbərdar olduqlarını nümayiş edib.
Eyni zamanda o da məlum olub ki, brifinq iştirakçıları tərəfindən internet idarəçiliyi ilə bağlı bəzi məsələlərə kifayət qədər diqqət yetirilməyib, çünki bəzi iştirakçılar əqli mülkiyyət hüquqlarının təmin olunması və uşaqların internetdəki zərərli məzmundan müdafiəsinə həddindən artıq diqqət yetirərkən internetin istifadəçilər üçün açıq qalmasının vacibliyini nəzərə almayıblar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL