waplog

İnformasiya Texnologiyaları İnstitutunda Həmkarlar Komitəsinin 4 illik fəaliyyəti müzakirə edilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Həmkarlar Komitəsinin (HK) 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Adil Mirabdullayev və müavini Akif Əfəndi iştirak ediblər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.

İnstitutdan bildirilib ki, öncə iclasın sədr və katibinin təyin edilməsi ilə bağlı səsvermə keçirilib. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov iclasın sədri, sektor müdiri Sevinc Həsənova isə katib seçiliblər.

Sonra institutun Həmkarlar Komitəsinin sədri Səyyar Abdullayev təşkilatın 4 illik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Həmkarlar təşkilatlarının ölkənin sosial-iqtisadi və ictimai həyatında xüsusi yerinin olduğunu vurğulayan S.Abdullayev HK-nin əhalinin sosial problemlərinin həllində, bir sıra mühüm proqram və layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib.

O, son illərdə ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşması, işsizliyin aradan qaldırılması, regionların inkişafı, o cümlədən bütün fəaliyyət sahələri üzrə minimum əməkhaqqı və sosial müavinətlərin məbləğinin, həmçinin doktorantların təqaüdlərinin artırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib.

Məruzəçi hesabat dövründə institut əməkdaşlarının sosial problemləri ilə bağlı bir sıra məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib. Komitə sədrinin sözlərinə görə, HK-nın 73 büro iclası keçirilib. Bu yığıncaqlarda müxtəlif səpkili məsələlərin müzakirə edildiyini, onların əksəriyyətinin öz həllini tapdığını qeyd edən S.Abdullayev institut əməkdaşlarının yataqxana ilə təmini, qeydiyyata düşməsi ilə bağlı problemlərə də toxunub.

Daha sonra S.Abdullayev Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatların daha səmərəli nəticələr verməsi üçün Həmkarlar Komitəsinin bundan sonra da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirəcəyini bildirib.

Sonra Təftiş komissiyasının hesabatı dinlənilib. Komissiyanın sədri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev institutun həmkarlar təşkilatının 265 üzvünün olduğunu bildirərək hesabat dövründə 600-dən çox ərizə və müraciətlərə baxıldığını söyləyib. Onlardan 95%-nin öz həllini tapdığını vurğulayıb. Çıxışının sonunda B.Ağayev institutun Həmkarlar Komitəsinin 4 illik fəaliyyəti ilə bağlı hesabatını təsdiq edib.

Tədbirdə çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri Adil Mirabdullayev son illər ərzində institutda əsaslı dəyişikliklərin şahidi olduğunu bildirib: “İnformasiya Texnologiyaları İnstitutunda istər təmir-tikinti, istərsə də innovativ elmi nəticələrin əldə edilməsi, istedadlı, kreativ təfəkkürlü kadrların elmi-tədqiqat müəssisəsinə cəlb edilməsi, onların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər aparılıb ki, bu da Azərbaycan elminin inkişafı baxımından vacib şərtdir”. A.Mirabdullayev komitənin hesabatını qənaətbəxş hesab etdiyini söyləyib.

İnstitutun şöbə müdiri iqtisadiyyat üzrə fəlsəfə doktoru Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova, sektor müdiri Əfruz Qurbanova və başqaları Həmkarlar Komitəsinin 4 illik fəaliyyətini yüksək qiymətləndirərək, Səyyar Abdullayevin işgüzar və insani keyfiyyətləri haqqında danışıblar, onun yenidən institutun Həmkarlar Komitəsinin sədri vəzifəsinə seçilməsi təklifini irəli sürüblər.

Sonra açıq səsvermə yolu ilə Səyyar Abdullayev yenidən AMEA İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Komitəsinin sədri seçilib. Həmçinin səsvermə yolu ilə Həmkarlar Komitəsinin yeni tərkibi müəyyənləşib. Texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri Təhmasib Fətəliyev və Anar Səmidov, elmi işçi Təranə Məcidova Həmkarlar Komitəsinin üzvü seçiliblər. Texnika elmləri fəlsəfə doktoru Bikəs Ağayev Təftiş komissiyasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov və Zərifə Cəbrayılova isə komissiyanın üzvləri seçiliblər.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL