waplog

“AMD” heyətinin 20 faizini ixtisar edəcək


Fərdi kompüterlər (FK) üçün dünyanın ikinci prosessor istehsalçısı olan Amerikanın “Advanced Micro Devices” (AMD) şirkəti 2340 iş yerini (bu, heyətin 20 faizi deməkdir) ixtisar etməyi planlaşdırır. “Bloomberg” agentliyinin məlumatına görə, ixtisar haqqında yaxın günlərdə elan ediləcək.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, “AMD”-nin müəssisələrində hazırda 11700 insan çalışır. 2011-ci ilin noyabrında heyətin 10 faizinin ixtisarı barədə elan edilmişdi. Şirkət apardığı yenidənqurma hesabına əməliyyat xərclərini azalda və qənaət edilmiş vəsaiti perspektiv hazırlamaların sürətlənməsinə  yönəldə bilmişdi.

“AMD” hazırda FK-yə tələbatın azalması ilə əlaqədar xərclərini azaltmağa çalışır. “Gartner” tədqiqat firmasının hesablamasına görə, 2012-ci ilin üçüncü rübündə FK tədarükünün həcmi 87,5 milyon təşkil edib. Bu göstərici ötən illə müqayisədə 8.3 faiz aşağıdır.
 


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL