waplog

“iPhone 5” smartfonu daha təhlükəsizdir


Növbəti kimyəvi analiz nəticəsində yeni smartfonlarda zəhərli elementlərin miqdarının azaldığı məlum olub. Bu isə smartfonların hazırda daha təhlükəsiz və ekoloji olması deməkdir.

“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, “iFixit” və “HealthyStuff.org” mütəxəssisləri “iPhone 5” daxil olmaqla, 36 ədəd telefon modelinin kimyəvi tərkibini  araşdırıblar.

Sınaq nəticələri əsasında məlum olub ki, 2010-cu ilədək zəhərli maddələrin yüksək tərkibinə malik telefonlar istehsal edilib. Telefonlar 0-5 şkalası üzrə qiymətləndirilib. 36 telefon modelindən 6-da zəhərli maddələrin tərkibi aşağı kimi qiymətləndirilib. “iPhone 4S” (2,69) və “iPhone 5” (2,75) smartfonları da həmin 6 modelə daxildir.“The Healthy Stuff”-dan bildirilib ki, “Apple” şirkəti məhsullarında zəhərli maddələrin miqdarını kəskin azaldır.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL