Yerli universitet distant təhsil həyata keçirməyə tam hazırdır
Qafqaz Universiteti distant təhsil həyata keçirməyə tam hazırdır. Bu barədə Qafqaz Universitetinin rektoru Əhməd Saniç bildirib. Onun sözlərinə görə, bunun üçün universitetin həm tədris bazası, həm də texniki imkanları yaradılıb. O, daha sonra bildirib ki, Azərbaycanda distant təhsillə bağlı qanun qəbul edilən kimi Qafqaz Universiteti bu sahədə də fəaliyyətə başlayacaq.
“Ümumiyyətlə isə, elə insanlar var ki, onlar aldıqları təhsildən və ya ixtisaslarından narazıdırlar. Yaxud da bəzi insanlar, xüsusilə də hər hansı işdə çalışan adamlar karyeralarını daha da zənginləşdirmək arzusundadırlar. Onların hər gün təhsil müəssislərinə getməyə vaxtları olmur. Belə olan təqdirdə, həmin insanların arzularının reallaşması üçün distant təhsil yeni imkanlar yaradır. Bu baxımdan da mən inkişaf etmiş ölkələrdə geniş yayılmış distant təhsilin olmasını çox yaxşı qiymətləndirirəm”- deyə o bildirib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL