waplog

1000 vətəndaşa elektron imza kartlarının ödənişsiz verilməsi ilə bağlı aksiya davam edir


Elektron imza üçün sertifikatlar verən Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyətə başlamasının 1 illiyi ilə əlaqədar olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən həyata keçirilən aksiya davam edir. Belə ki, aksiya müddətində onlayn elektron ərizə xidməti vasitəsilə (http://www.e-imza.az/) imza sertifikatı almaq üçün müraciət edən ilk 1000 vətəndaşa elektron imza kartları ödənişsiz təqdim olunur.

Elektron imza almaq üçün qeydiyyatdan keçmiş istifadəçilərin sayına gəlincə, 2012-ci ilin sentyabrın 5-dən oktyabrın 15-nə qədər ümumilikdə 864 istifadəçi qeydiyyatdan keçib. MHM-in apardığı statistikaya əsasən, 678 nəfər üçün artıq e-imza vəsiqəsi hazırlanıb, 186 nəfər isə yeni müraciət edənlərin payına düşür.

Qeyd edək ki, elektron xidmətlərin gündən-günə artması, “vətəndaş-dövlət” münasibətlərinin “elektronlaşması” elektron imza xidmətlərinin daha da aktuallaşmasını zəruri edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan və elektron imzanın alınması üçün müraciəti nəzərdə tutan “E-ərizə xidməti”nin fəaliyyətə başlaması ilə istifadəçilər daha yüksək keyfiyyətli xidmətlə təmin olunacaqlar. Belə ki, bu yenilik vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alacaq.
 
 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL