waplog

Noutbukların tədarük həcmi 4,5 faiz azalıb


Ekspertlərin qiymətləndirməsinə görə, 2012-ci ilin üçüncü rübündə təxminən 48 milyon noutbuk tədarük edilib. Tədarükün həcmi ikinci rüblə müqayisədə 4,5 faiz azalıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislər göstəricilərin azalmasına səbəb olmuş amillər arasında iqtisadi vəziyyətin pisləşməsini, alıcıların gözləmə mövqeyini  səsləndiriblər. Belə ki, alıcılar “Windows 8” əməliyyat sistemi ilə işləyən yeni modellərin çıxarılmasınadək fərdi kompüter satın almağı təxirə salıblar.

Noutbuk istehsalçılarının onluğuna daxil olan şirkətlərin əksəriyyətində tədarük həcminin azalması qeydə alınıb. “Acer”, “Asustek Computer” və “Toshiba” şirkətləri daha çox zərərə məruz qalıblar: leptopların tədarük həcmi 15-25 faiz azalıb. Həmçinin ötən rübdə leptop istehsalçılarının reytinqində dördüncü yerdə qərarlaşmış “ASUS” şirkəti hazırda beşincidir.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL