waplog

Hərbçilər pilotlar üçün lazer əleyhinə eynək hazırlayıblar


Lazer göstəriciləri pilotlar üçün təhlükə yaradır. Hər il bu qurğulardan istifadəyə görə təxminən 2 min hadisə baş verir. Buna görə də Böyük Britaniyanın Müdafiə Nazirliyi lazer dalğalarının qarşısını ala bilən qoruyucu eynəklər hazırlayır.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, lazer pilotun gözlərinə tuşlandıqda bir neçə saniyə ərzində onun gözlərini qamaşdırır və idarəetmədən yayındırır. Bu isə ciddi hadisələrin baş verməsinə səbəb ola bilər. İndiyədək belə səbəbdən baş vermiş heç bir qəza qeydə alınmayıb. Lakin mütəxəssislər gələcəkdə belə hadisələrin baş verməsini istisna etmirlər.

Lazer şüaları 80-ci illərdən etibarən bir çox ölkələrin hərbi arsenalında yer alır və müharibə zonalarında istifadə olunur. Hazırda Böyük Britaniyanın Müdafiə Nazirliyi qoruyucu eynəklər üzərində işləyir.
Problem ondan ibarətdir ki, hazırda mövcud olan qoruyucu eynəklər yalnız lazer şüası dalğalarının dar spektrini “udmağa” qadirdir, halbuki hərbi və mülki lazerlər böyük sayda diapazonda işləyir. Lazer əleyhinə eynəklərin səmərəli olması üçün onlar zərərli şüa spektrlərinin əksəriyyətinin qarşısını almağı “bacarmalıdır”.
 

 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL