waplog

“Microsoft” “Windows 8”-in reklamına təxminən 1,5 milyard dollar ayırıb


"Microsoft" korporasiyası “Windows 8” əməliyyat sisteminin (ƏS) istifadəyə verilməsinə təxminən 1,5 milyard dollar dəyərində vəsait ayırıb.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Microsoft”dan başqa "Apple" və "Samsung" şirkətləri də reklam kampaniyası hazırlayır. Hər üç şirkətin məhsulların tanıdılması üçün sərf edəcəyi məbləğin ümumi həcmi 5 milyard dollar təşkil edəcək.

Mütəxəssislərin hesablamalarına əsasən, “Microsoft” korporasiyası yeni proqram platformasının reklamına 2 il bundan əvvəl “Windows Phone 7” mobil ƏS-nin tanıdılmasına ayırdığı məbləğdən 3 dəfə daha çox xərcləyəcək.

Qeyd edək ki, 2011-ci ildə “Microsoft”, "Samsung", "Nokia", "Google", "Apple" və "Sony" şirkətləri reklama ümumilikdə 15 milyard dollar xərcləyiblər.


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL