waplog

BDU rektoruna “Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı” verilib


İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) "Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı"nın Bakı Dövlət Universitetinin rektoru, akademik  Abel Məhərrəmova verilməsi haqqında qərar qəbul edib.

Bu prestijli mükafat akademik Abel Məhərrəmova Kimya (nanomateriallar və nanotexnologiyalar) sahəsindəki böyük uğurlarına görə verilib. Mükafata sertifikat, qızıl medal və pul daxildir. Mükafat 20-21 noyabr 2012 tarixlərində Sudanın Xartun şəhərində keçiriləcək  "Ali Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı İslam Konfransı"nın çərçivəsində təqdim ediləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Universitetdən bildirilib ki, "Elm və Texnologiya sahəsində mükafat" İSESCO tərəfindən təşkilatın üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işləri mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq etmək məqsədilə 2008-ci ildə təsis edilib.

Həmin mükafat 2 ildən bir - biologiya, kimya, geologiya, riyaziyyat və fizika sahələrində əldə edilən nailiyyətlərə görə 56 ölkə üzrə yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov bu mükafata layiq görülən ilk azərbaycanlı alimdir.

BDU-dan qeyd edilib ki, İslam Təhsil Elm və Mədəniyyət Təşkilatı  (İSESCO) 1979-cu ildə İslam Konfransı Təşkilatı tərəfindən təsis edilib. Təşkilatın baş qərargahı Rabat (Mərakeş) şəhərində yerləşir. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva bu təşkilatın xoşməramlı səfiridir.
 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL