Azərbaycanda mobil telefon vasitəsi ilə ürək-damar xəstəliklərini müəyyənləşdirmək olacaq
Azərbaycan alimləri mobil telefon funksiyalarına yeniliklər gətirir. Belə ki, artıq gələn ilin ortalarında ölkəmizdə ilk dəfə olaraq, mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının monitorinqini aparmaq mümkün ola bilər. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə mətbuata Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.
O deyib ki, artıq ürək-damar sistemi xəstəliklərinin yaranmasının gizli dövrünün monitorinqi texnologiyası hazırlanıb: «Hazırda mobil telefonun şəkil, video çəkmək, SMS göndərmək, televizora baxmaq və s. kimi bir çox funksiyaları var. Telefonun funksiyalarından biri də ürək-damar xəstəliklərinin gizli dövrünün, yaxud da onun dinamikasının monitorinqini həyata keçirmək olacaq.
Bunun üçün telefona xüsusi proqram yazılacaq. Bu proqram artıq institutda hazırdır. Proqramın siqnalı gələn kimi, o işləməyə başlayacaq. Görünəcək ki, sənin ürək-damar sistemin normadadır, ya yox, yaxud ürək-damar sistemi xəstəliklərində dinamika var, ya yox. Telefon deyəcək ki, artıq sənin vəziyyətin dəyişdi, sən həkimə müraciət etməlisən".
T.Əliyev bildirib ki, bu monitorinqlərin radiokanal vasitəsilə həyata keçirilməsini istəyirlər. Çünki bu halda xəstə qolundakı vericidən mobil telefonuna informasiya verilməsini hiss etməyəcək. Ürək-damar xəstəliklərinin yaranmasının gizli dövründə küylərin yarandığını söyləyən T.Əliyevin sözlərinə görə, həmin küyləri analiz etdikdə xəstəliyin başlanmasının gizli dövrünü aşkarlamaq mümkün olur: «Bu xəstəliklərin monitorinqinin aparılması çox vacibdir. Həkimlər müxtəlif üsullardan istifadə etməklə çox asanlıqla ürək-damar xəstəliklərinin diaqnozunu qoyurlar.
Lakin ürək-damar sistemi xəstəlikləri 2-3 il əvvəldən yaranır. Həkimlər isə 2-3 ildən sonra diaqnoz qoyurlar ki, bu insanda ürək-damar xəstəliyi var. Buna görə də bu xəstəliklərin gizli dövrünün aşkarlanması problemdir. Diaqnoz qoymaq həkimlərin işidir. Biz monitorinq edəcəyik. Cihaz da göstərəcək ki, bu xəstəliyin yaranma ehtimalı var, ya yoxdur".
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL