waplog

Goranboyda kənd ATS-ləri genişzolaqlı internet avadanlıqları ilə təmin edilib


“Aztelekom” İB tərəfindən regionlarda vətəndaşların telefon xidmətinə olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. 

Goranboy Telekommunikasiya Qovşağının rəisi Hafiz Muxtarov “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, bütün yaşayış məntəqələrinin birləşdirici xətləri  optik kabellərlə əvəz edilib. Vətəndaşların multimedia və internet xidmətlərindən istifadə etməsi üçün kənd ATS-ləri genişzolaqlı internet avadanlıqları ilə təmin edilib. Hazırda Goranboy rayonunda genişzolaqlı internet xidmətinə qoşulmuş 8 internet-klub fəaliyyət göstərir.

Goranboy TKQ tərəfindən məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində yeni internet klubu yaradılıb. Hazırda Dəliməmmədli və Qızılhacılı qəsəbələrində də internet klubları fəaliyyət göstərməkdədir.



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL