waplog

Mobil rabitə sahəsində gender məsələsi


Elə peşələr var ki, kişiyə aid edilir, elə peşələr də vardır ki, yalnız qadınlara. Vəzifədə  kişi-qadın fərqinin olmadığı, qadınların daha məsuliyyətli olması ilə bağlı fikirlər də səslənir.  Mobil rabitə sahəsində də  rəhbər vəzifələrdə kifayət qədər qadın nümayəndələr var. Hər bir şirkətin vuran ürəyi marketinq sahəsidir ki, hər üç mobil operatorda bu sahəyə zərif cinsin nümayəndələri rəhbərlik  edir.

Suallarımıza cavab verəcəklər:

“Azərfon” – Korporativ əlaqələr şöbəsinin başçısı Nigar Arpadarai (N.A.);
“Bakcell” – Marketinq şöbəsinin başçısı Aynur Abcanova (A.A.);
“Azərcell” – Əlaqələr və Korporativ Sosial Məsuliyyət üzrə direktor Ülviyyə Həsənzadə (Ü.H.).

Necə hesab edirsiniz, qadınların və kişilərin alqı-satqı zamanı istifadə  etdikləri üsullar arasında fərqlər varmı?

N.А.: Satış üsullarının fərdi əqli inkişafdan, şəxsi nəzəri və təcrübi səriştədən, həmçinin kommersiya bacarığından və bazarın inkişaf sürətlərini öncədən hiss etməkdən asılı olduğunu təsdiq etmək daha düzgün olar.

А.А.: Satışlar, gender məsələsi ilə deyil, ilk növbədə, peşəkarlıqla şərtlənirlər. Məqsədləri, təşəbbüsləri, strategiyaları formalaşdırmaq, məqsədli auditoriyanı müəyyənləşdirmək, bazarı – onun xüsusiyyətlərini və imkanlarını düzgün anlamaq və s. mühümdür.

Ü.H.: Səlahiyyətlilik – istənilən işdə, xüsusən satışlarda uğurun rəhnidir. Qadın mobil texnologiyalardan asanlıqla danışarkən, mürəkkəb istilahlardan istifadə edərkən stereotipləri dağıdır və uğurun 50%-ni təmin edir.

Necə fikirləşirsiniz, elə tipik kişi əmtəələri var ki, qadın onları heç vaxt sata bilməz?

N.А.: “Heç vaxt” sözü həddindən artıq kəskin deyilib. Təbii ki, ənənəvi “gender” adları mövcuddur, lakin gəlin buna əmtəə nöqteyi-nəzərindən deyil, irəliləmə baxımından yanaşaq. Yaradıcı agentliklərdə qadın və kişi auditoriyasına təsir etmək üçün işlənmiş üsullar mövcuddur.

А.А.: İstənilən ticarət nişanı ilə işlərkən fundamental marketinq yanaşması vahid olaraq qalır. Marketoloq üçün ən mühümü – öz istehlakçısını, onun dünyasını, həyat tərzini və dəyərlərini, cəmiyyətin və ölkənin xüsusiyyətlərini anlamaq və bilməkdir. Xeyr, mən, çox güman ki, Sizin təsdiqinizlə razılaşmayacağam.

Ü.H.: Tipik kişi əmtəələrindən başı çıxan qadın stereotipləri sındıraraq, onu daha yaxşı satacaq. Eləcə də satıcı kişi, deyək ki, dəb sənayesini yaxşı anlayırsa, alıcı xanım onu daha çox dinləyəcək. Çünki elə hesab edəcək ki, bu tipik kişi nöqteyi-nəzəri ona daha sərfəli alış etməkdə kömək edəcək.

Azərbaycanda əmtəə və xidmətlərin satış üsullarında yaradıcı həll səviyyəsini necə qiymətləndirirsiniz?

N.А.: Bu məsələdə biz Qərbdən geri qalırıq. Lakin xalqımızın təbiətdən gələn maraqlı həllərə mütəhərrikliyi sayəsində diqqəti cəlb etmək asandır. Bu sahədə ixtisaslaşmış yaradıcı agentliklərin və şirkətlərin sayı durmadan artır və bazarın bu sektorunun mənimsənilməsində dəqiq təmayül müşahidə edilir.

А.А.: Hazırda Azərbaycan marketinq inkişafının hər şeyin mümkün olduğu çox maraqlı mərhələsindədir. Sadəcə, həqiqi mənada yaxşı işləmək və həm öz komandana, həm də yaradıcı və media agentliklərindən ibarət tərəfdaş komandalara maraqlı tapşırıqlar verməkdən qorxmamaq lazımdır.

Ü.H.: Mən satış sahəsində ekspert deyiləm və yalnız Azərbaycanda satış üsullarına münasibətdə o qədər də tərifəlayiq olmayan şəxsi fikrimi ifadə edə bilərəm. Mənə elə gəlir ki, biz hələ çox şeyin üzərində işləməliyik.

İstehlakçılarla münasibətlərin qurulması üsullarından hansıları Sizə daha müqabildir?

N.А.: Öz marketinq strategiyandan/reklam kampaniyandan uzunmüddətli səmərə almanın ən yaxşı üsulu – söz vermək və onu tutmaq, etibarlılıq nümayiş  etdirmək, etimadı doğrultmaqdır.

А.А.: Ticarət nişanı istehlakçını ruhlandırmalıdır. Həmişə müştəri maraqlarından başlamaq lazımdır. Bu, komandadan böyük səy tələb edir, lakin tək istehlakçının özü üçün deyil, marketoloqlar üçün daha maraqlıdır.

Ü.H.: Əgər istehlakçı saxtakarlığı hiss edirsə, onda şirkətə olan etibar sarsılacaq. İnanmadığını satmaq olmaz.

Sizin şirkət kimi, şirkətlərə internet rabitələr nə dərəcədə əhəmiyyət kəsb edir?

N.А.: Biz özümüzü internet vasitəsilə irəlilədirik, onu da satırıq. Belə rabitə kanalları çox əhəmiyyətlidir, axı şirkətə müraciətlərin müəyyən hissəsi, bilavasitə onlar vasitəsilə daxil olur. Əgər son illərin təmayüllərini və orta statistik perspektivi nəzərdən keçirsək, onda “Azərfon” üçün internetin rolu artacaq.

А.А.: İnternet, ilk növbədə - dinamik inkişaf edən abonentlərimizlə çox şey vəd edən ünsiyyət kanalıdır. “Bakcell” birmənalı olaraq, Azərbaycanda internet-rabitələrin inkişafını sərmayələşdirməyi və sosial media ilə yeni iş üsullarının tətbiqini davam etdirəcək.

Ü.H.: “Azərcell”in biznesi internet rabitələri ilə birbaşa əlaqəlidir. Bütün dünyada olduğu kimi, bu sahədə də qloballaşma baş verir və müxtəlif sahələrdə əməkdaşlıq yaratmadan məlumatların ötürülməsi mümkün deyil.

Mobil rabitənin inkişafında hansı yeniliklər və təmayüllər sizi daha çox cəlb edir və nə üçün?

N.А.: Bizim vaxtımızda mobil rabitə və internet əvvəllər baş verməyən hər şeyi etmək imkanındadır. Şirkətlər mobil əlavələrin köməyi ilə istehlakçılara sonsuz sayda imkanlar təklif edirlər. Seçim, demək olar ki, hüdudsuzdur. Minlərlə əlavələr yox olur, tək-tükü hitə çevrilir. Bu prosesin mexanika və mistikası hazırda bizim biznesdə baş verənlərin ən maraqlısıdır.

А.А.: Hər sənaye belə sürətlə inkişaf edə və dəyişə bilmir. Müxtəlif qurğuların inkişafını müşahidə etmək çox maraqlıdır. Artıq bu gün onların imkanları orta abonentin tələbatlarından yüksəkdir. Abonentlərimizin həyat keyfiyyətini dəyişən və dəyişə bilən sürətli internetin inkişafı da maraq doğurur.

Ü.H.: Məni daha çox insanların rahatlıq və həyat səviyyəsinin yüksəlməsi imkanları cəlb edir. Mobil texnologiyalar insanlara onların işində, problemlərin həllində kömək edir. Bu, sadəcə, sözlər deyil. Yeni texnologiyalar həkimlərə kabinetlərdən çıxmadan diaqnostikanı aparmaq, mobil telefon vasitəsilə məlumatları almaq və emal etmək, kredit kart kimi mobil telefondan istifadə etməyə və s. kömək edir. Buna heyran olmamaq mümkün deyil.

Şirkətinizdə işdə hansı peşəkar keyfiyyətləri müəyyənləşdirici hesab edirsiniz?

N.А.: Mənim timsalımda, hər şeydən əlavə, şirkətin prinsiplərinə, məqsəd və vəzifələrinə möhkəm inam mühüm amillərdən biridir.

А.А.: Liderlik, əlaqə keyfiyyətləri, axı bizdə müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələri çalışır, qeyri-standart qərarlar qəbul etmək və yumor hissi bacarığı.

Ü.H.: Səlahiyyətlilik, səmimilik, anlamaq və dinləmək qabiliyyəti.

Qərbdə və Azərbaycanda rəhbər vəzifədə olan qadınların mövqeyi fərqlənirmi?

N.А.: Bəs Siz necə düşünürsünüz?

А.А.: Böyük fərqlər yoxdur. Azərbaycanda qadınlara hörmətlə yanaşılır, bu da işgüzar qarşılıqlı əlaqələrdə öz əksini tapır.

Ü.H.: Güman ki, haradasa fərqlənə bilər, lakin bizdə yox. Şirkətlərin 12 direktorundan yarısı  qadınlardır.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL