Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya Mərkəzi fəaliyyətə başlayıb
Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya Mərkəzi fəaliyyətə başlayıb. “ICTnews” elektron xəbər xidmətinin komitəyə istinadən verdiyi məlumata görə, mərkəz diaspor təşkilatlarının nəzdində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin monitorinqinin aparılması və müvafiq hesabatların hazırlanması, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə tövsiyələrin hazırlanması ilə məşğul olacaq.
Bundan başqa Dövlət Komitəsinin sosial şəbəkələrdə səhifələrinin yaradılması, habelə diaspor mövzusu ilə əlaqədar müzakirələr təşkil edəcək.
Dövlət Komitəsinin rəsmi web-saytının təkmilləşdirilməsi, sayta gündəlik nəzarət, yeni bölmə və əlavə modulların yaradılması, o cümlədən saytın elektron xidmətlər üçün uyğunlaşdırılması mərkəzin fəaliyyət istiqamətlərindən biri olacaq.
İnformasiya Mərkəzinin əsas vəzifələri arasında elektron xidmətlərin hazırlanıb təhvil verilməsindən sonra sistemin fəaliyyətinə gündəlik nəzarətin həyata keçirilməsi, elektron xidmətlərlə bağlı müvafiq prosedurların icrasının təmin olunması, yeni elektron xidmətlərin yaradılması və bu sahədən işin gedişatına dair aylıq hesabatların tərtib edilməsi də vardır.
Diasporla İş üzrə Dövlət Komitəsinin “Ölkəm” jurnalının saytının idarə olunması, sayta mütəmadi olaraq xəbərlərin qoyulması da İnformasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL