waplog

“Bakcell”dən “Ulduzlar Zalı”


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti dünyanın ən böyük futbol klublarından olan “Mançester Yunayted”lə 3 illik tərəfdaşlıq layihəsi çərçivəsində “Ulduzlar Zalı” adlı muzey açıb.

“Mançester Yunayted”in əfsanəvi qapıçısı Peter Şmeyhel, klubun Əlaqələr üzrə direktoru Nik Hamfreys və “Bakcell”in baş icraçı direktoru Riçard Şirer Sahil bağındakı açılış mərasimində iştirak ediblər.

“Ulduzlar Zalı”nda “Mançester Yunayted”ə məxsus muzey eksponatları, klubun məşhur oyunçularının geyindikləri formalar, idman ayaqqabıları, kuboklar və medallar nümayiş olunur. Burada həmçinin muzeyə gələnləri yarışmalara həvəsləndirən ən son texnologiyalara əsaslanan rəqəmli oyunlar, play station,  “fan zona” və s. yerləşdirilib.

Muzey oktyabrın 15-də açılıb və Azərbaycandakı “Mançester Yunayted” azarkeşlərinin bu həftənin sonuna kimi hər gün saat 14:00-dan 22:00-a kimi “Ulduzlar Zalı”na baş çəkmək imkanı var.  

Üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində “Bakcell” şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki  azarkeşlərinə və 2.6 milyondan artıq “Bakcell” abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək. “Bakcell” eyni zamanda məşhur olan futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL