Poçt sektorunun modernləşdirilməsi üçün qrant ayrılıb
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında İsveçrənin “SECO” təşkilatı tərəfindən “Maliyyə sektorunun modernləşdirilməsi layihəsi” çərçivəsində qrant sazişi imzalanıb. Bir neçə istiqamət üçün nəzərdə tutulan sazişdə “Azərpoçt” MMC-yə 550 min dollar qrantın ayrılması nəzərdə tutulub.
Bu barədə “ICTnews”-a məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
Onun sözlərinə görə, qrant 3 komponentdən ibarətdir: 2011-ci ilin nəticələri üzrə “Azərpoçt”un müstəqil beynəlxalq audit şirkəti tərəfindən yoxlanılması, “Azərpoçt”un yeni imicinin formalaşdırılması üçün marketinq strategiyasının işlənilib hazırlanması və “Azərpoçt” əməkdaşları üçün müvafiq treninqlərin keçirilməsi.Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün tenderin keçirilməsi nəzərdə tutulur.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL