waplog

Böyük həcmli məlumatlara 28 milyard dollar xərclənəcək


Hər il insanların yaratdığı verilənlərin həcmi artır. Belə ki,  yalnız 2011-ci ildə istifadəçilər ötən illərlə müqayisədə daha çox informasiya “yaradıblar”. “IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, 2012-ci ildə 1200 ekzabaytdan çox yeni məlumat (1 ekzabayt 1 milyon terabayta bərabərdir) “yaradılacaq”.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, böyük həcmli məlumatlarla (Big Data) iş böyük xərc tələb edəcək. “Gartner” analitik şirkətində çalışan ekspertlərin hesablamalarına görə isə, 2012-ci ildə böyük həcmli məlumatların emalına İT büdcədən 28 milyard dollar xərclənəcək. 2013-cü ildə xərclər 34 milyard dollara qədər artacaq.

Mütəxəssislər bildiriblər ki, sosial şəbəkələrdə məzmun və informasiyanın təhlilinə İT büdcə çərçivəsində hesablanmış məbləğin 45 faizi ayrılacaq.




EMİL



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL