waplog

İşlək smartfonların sayı 1 milyardı ötüb


"Strategy Analytics" şirkətinin məlumatına əsasən, 2012-ci ilin üçüncü rübü ərzində işlək smartfonların ümumi bazası 1,04 milyardı ötüb, halbuki 1 rüb əvvəl bu göstərici 959 milyon smartfon təşkil edirdi.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, smartfon bazasının 1 milyardı ötməsinə 16 il vaxt lazım olub, belə ki, 1996-cı ildə istehsal edilmiş "Nokia Communicator" aparatı kütləvi bazarda ilk smartfondur. "Nokia" smartfon seqmentində 10 ildən çox lider oyunçu olaraq qalırdı. Lakin 2007-ci ildə "iPhone" smartfonu işıq üzü gördükdə vəziyyət dəyişdi" – "Strategy Analytics"-in analitiki Skott Biçeno bildirib.

"Strategy Analytics"-in analitiki Neyl Mouston bildirib ki, artıq 2015-ci ildə smartfon bazası 2 milyard təşkil edəcək.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL