Rəqəmsal taxoqrafların tətbiqi ilə bağlı İXM-ə əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilir
Cari il, 16 oktyabr tarixindən başlayaraq Avropa Komissiyasının TAİEX (Texniki dəstək və İnformasiya mübadiləsi) Proqramı və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Sürücülərin iş və istirahət rejiminə və rəqəmsal taxoqrafların tətbiqinə dair tələblərin pozulması zamanı inzibati cərimə və sanksiyalara dair qanunvericiliyin uyğunlaşdırılmasına dair” ekspertlərin iclası keçirilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Tədbirdə rəqəmsal taxoqrafların tətbiqi ilə əlaqədar qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunur. Ekspert missiyasında İspaniya Nəqliyyat Nazirliyinin nümayəndələri olan xanım Carmen Casal Sobrino, cənab Luis Martinez Jimenez və cənab Andres Galvan Ramirez iştirak edirlər. Tədbir oktyabrın 19-da işini yekunlaşdırır.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL