waplog

Avrasiya patent-informasiya sistemindən istifadəyə icazənin verilməsi ilə bağlı saziş imzalanıb


Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında "Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazənin verilməsi haqqında" saziş imzalanıb.

Sazişi Avrasiya Patent İdarəsinin mənzil-qərargahında idarənin prezidenti Aleksandr Nikolayeviç Qriqoryev və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov imzalayıb.

"ICTnews" elektron xəbər xidmətinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib. Saziş əsasında Avrasiya Patent İdarəsi Azərbaycan Respublikasında milli patent sisteminin, tədqiqat və innovasiya fəaliyyətinin inkişafına yardım edəcək, Komitənin Avrasiya Patent İdarəsinə təqdim etdiyi rəsmi siyahı əsasında Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasına və onun bölmələrinə, kütləvi kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki  mərkəzlərinə Avrasiya patent-informasiya sisteminə (AAPATİS) sərbəst giriş imkanları yaradacaq.

Bununla da patent sahəsində axtarışların aparılması, ixtira obyektlərinin aşkar edilməsi, habelə  yenilərinin yaradılması üzrə işlərin məqsədyönlü istiqamətdə yerinə yetirilməsi əhəmiyyətli dərəcədə asanlaşacaq. Sözügedən sistemdən istifadə patentlərin qorunmasına, kommersiyalaşdırılmasına,  bütövlükdə ölkənin iqtisadi inkişafı ilə bağlı olan innovasiyaların təşviqində özünəməxsus rol oynayacaq.

Məlumat üçün bildirək ki, sözügedən sənəd "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazənin verilməsi haqqında Saziş"i imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-ci il tarixli 2459 nömrəli Sərəncamına uyğun olaraq imzalanıb.

HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL