Xəstəxanalardakı kompüterlər "xəstə"dir
Xəstəxanada quraşdırılmış müalicə aparatlarının əksəriyyətinə köhnəlmiş əməliyyat sistemləri quraşdırılıb. Nəticədə onlar ziyanverici proqramlara qarşı dayanıqsızdır. Problemin araşdırılması üçün mütəxəssislər elmi konfrans keçiriblər.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, kiberməkanda da xəstəxana infeksiyaları mövcuddur. “Technology Review” bildirib ki, xəstəxanalarda quraşdırılmış kompüterləşdirilmiş müalicə qurğuları ziyanverici proqramlara qarşı dayanıqsızdır. Bir çox sistemlər artıq virusa yoluxub. Bu, onların iş effektivliyini xeyli azaldır və nəticədə xəstələr üçün təhlükə yaranır.
Qeyd edək ki, tibbi avadanlıqların əksəriyyəti köhnəlmiş əməliyyat sistemləri (ƏS), məsələn, “Windows 2000” ilə işləyir. Tibbi avadanlıq istehsalçıları mümkün nasazlıqlardan uzaq olmaq üçün əksər hallarda qurğuya quraşdırılmış ƏS-nin yenilənməsi imkanını nəzərdə tutmurlar.
Bu problem Milli Standartlaşdırma və Texnologiya İnstitutunda müzakirə mövzusu olub. “Bet-İzreyel” tibb mərkəzində informasiya təhlükəsizlik bölməsinin direktoru vəzifəsində çalışan Mark Olson bildirib ki, ziyanverici proqramlar onun xəstəxanasında quraşdırılmış embrion monitorları yoluxdurub. "Qurğular o qədər ləng işləyirlər ki, informasiyanı lazımi şəkildə yaza bilmirlər. Xoşbəxtlikdən, ehtiyat model var. Lakin əgər ona nəsə olsa, klinikada böyük çətinliklər yarana bilər".
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL