waplog

Yaponlar əsəbləri sakitləşdirən robot yaradıblar


“Mainiçi Şimbun” yapon qəzeti bu gün bildirib ki, yapon mühəndisləri "əsəb sisteminə terapevtik təsir" üçün nəzərdə tutulmuş “Paro” ev robotunun yenilənmiş versiyasını istifadəyə veriblər. Yenilik kiçik ağ suiti şəklindədir, sensorla örtülüb, səs və toxunmağa reaksiya verir. Yenilik yumşaq və xoş səthə malikdir və xarici təsiri təhlil edir.
Robotun yeni versiyası Yapon Elm və Texnologiya Milli İnstitutunun həkim və mühəndislərinin birgə qrupu tərəfindən hazırlanıb. Bundan əvvəl Yaponiyada artıq “Paro” robotlarının 8 nəsli istifadəyə verilib. İlk versiya 2003-cü ildə, sonuncu isə bu günlərdə istifadəyə verilib. Yeni versiya daha mükəmməldir və insanlarda stresi, tez qıcıqlanmanı aradan qaldırır. Bundan başqa robot əqli inkişafdan geri qalan insanlar üçün partnyor ola bilər. İstehsalçıların sözlərinə görə, robotun dəyəri təxminən 6000 dollar təşkil edir. Bu məbləğə ən yaxşı danışıq analizatoruna və daha yaxşı sensor şəbəkələrə malik olan “Paro” robotunun 9-cu nəslini əldə etmək olar.


cybersecurity.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL