“İnnovasiya menecmenti və idarəetmə qərarları” mövzusunda praktiki proqram keçiriləcək
2012 -ci ilin dekabr ayının 16-dan 20- dək London şəhərində “İnnovasiya menecmenti və idarəetmə qərarları” mövzusunda praktiki proqram keçiriləcək. Konfransın baş təşkilatçısı 1994-cü ildən proqramların, beynəlxalq forumların və biznes-sammitlərin təşkili ilə məşğul olan Britaniyanın “LVA Europe” (www.lvaeurope.com) kompaniyasıdır.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, proqramın ekspertlərinə Böyük Britaniyanın Biznes, İnnovasiya və Təcrübə Nazirliyi, “Unconsultancy”, “Capgemini”, “Ernst&Younq”, “Grant Thornton UK”, “Just Value Consultinq” şirkətləri, “Gryphon Emerging Markets” bankı və sair daxildir. Konfransın aktuallığını qeyd edən mütəxəssislər bildirirlər ki, ölkə iqtisadiyyatının innovasiya inkişaf yoluna keçməsi iqtisadi yüksəlişi dinamikasını və sahələr daxilində və dünya iqtisadiyyatında müəssisənin rəqabət qabiliyyətliliyini müəyyənləşdirir: “Konsepsiyaya əsasən, müəssisənin innovativ inkişafının işlənib hazırlanması və tətbiqinin səmərəli alətinin seçimi, xarici mühit amillərinin innovasiya potensialına iqtisadi baxımdan təsirinin qiymətləndirilməsi, qeyri-maddi aktivlərin idarə edilməsi əsasında innovativ inkişaf kimi strateji prioritetlərinin seçilməsi problemləri mövcuddur.
Bu problemlərin həlli müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına və onların innovativ fəaliyyətinin daxili imkanlarını artırmağa imkan verəcək. Konfransın da məqsədi innovasiya fəaliyyətinin idarə edilməsinin səmərəliliyi ilə müəssisənin iqtisadi inkişafı arasındakı asılılığın təhlil edilməsidir”.
Konfransa müzakirə ediləcək əsas mövzulara “Strategiyanın səmərəliliyi – bu, düzgün seçilmiş məqsəddir”, “İnnovativ inkişafın qiymətləndirilməsi üsullarının işlənib hazırlanması”, “İnnovativ inkişafın strateji prioritetlərinin seçilməsi mexanizmi”, “İnnovativ biznes-modelləşdirmə”, “İnnovativ biznes-inkubatorlar”, “Kompaniyaların investisiya cəlbediciliyinin qiymətləndirilməsi kriteriyaları”, “Maliyyələşdirmə mənbələri, xaricdən maliyyələşdirmənin cəlb edilməsi”, “Resurs bazasının qiymətləndirilməsi və təhlili, risklərin idarə edilməsi spesifikası və müəyyən edilməsi” daxildir.
Həmçinin layihənin hazırlanması, proqramın arxitekturası, autsorsinq, müəssisənin innovasion potensialının strukturu, qeyri-material (maddi) aktivlərin idarə edilməsi sisteminin yaradılması, biznesin fəaliyyət profilinin dəyişdirilməsi, sənaye müəssisəsinin innovasion inkişafının səmərəli idarə edilməsi prosesinin monitorinqi, biznes-innovasiya mərkəzlərinin fəaliyyəti kimi mövzular da konfransın gündəliyinə daxil olacaq.
Konfransın praktiki yanaşmasına görə, proqramın strukturu praktik situasiyaların modelləşdirilməsini, tədqiq edilən üsulların tətbiqinin ödənilməsini və müştərək analizini nəzərdə tutur: “Bunun üçün xüsusi olaraq hazırlanmış keyslərdən istifadə olunur, onların müəssisənin biznesinin inkişafında yeni, müstəsna rolu var. Proqramda Kembric Texnoparkına texniki baxış da nəzərdə tutulub. Akademik elmlərin böyük mərkəzi olan bu texnoparkda universitet və elmi-tədqiqat təşkilatlarına da monitorinq təşkil edilir”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL